Rusiyada güclü zəlzələ oldu

12 Sentyabr 2023 07:08

Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alıblar

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.

"Zəlzələnin maqnitudası 6,1 baldır", - məlumatda deyilir. Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.

Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Milli.Az