Bakıda yataqxana yanır: İnsanlar təxliyə edilirlər - VİDEO - FOTO

11 Sentyabr 2023 17:25

Qaradağ rayonunda yataqxana yanır. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb. 

FHN-dən Oxu.Az-a verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:

"Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür".

Milli.Az