BQXK öz mandatına aid olmayan məsələlərlə məşğuldur - VİDEO

11 Sentyabr 2023 16:38

Bərdədə "Bərdə" otelinin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Beynəlxalq Qızıl Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə onu əngəlləyir və Rusiyanın Qızıl Xaç Komitəsinə təzyiqlər göstərir. Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsinə maneçilik törədilir. Qərb dairələri bu məqsədlə Qızıl Xaçdan istifadə edirlər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən siyasi ekspert Turab Rzayev bildirib ki, Qızıl Xaç Komitəsinin özünü bu cür aparması Azərbaycan tərəfindən məqbul hesab edilə bilməz.

"Beynəlxalq Qızıl Xaç Komitəsi öz mandatına aid omayan məslələrlə bağlı fəaliyyət göstərir. Bütün bunlar da Komitənin fəaliyyətini şübhə altına alır. Belə ki, onlar üçün fərqi olmamalıdır ki, yüklər hardan keçir və bununla bağlı tərəflərə göstəriş verə bilməz", - deyə o, bildirib.

Geniş videomüsahibəni təqdim edirik:

Milli.Az