Qaçanlara turbo paltar tikilib - FOTO
16 May 2012 00:15
Milli.Az "The Guardian"a istinadən bildirir ki, "Nike" korporasiyası amerikalı atletlər üçün xüsusi, "TurboSpeed" adlı uniforma hazırlayıb.
"Nike" mütəxəssislərinin dediklərinə görə, bu unikal uniforma 100 metr məsafəyə qaçışda ən azı 0,23 saniyə üstünlük əldə etməyə imkan verir.
Uniformanın hazırlanması zamanı qolf topunun uçuşdakı aerodinamik xüssiyyətləri nəzərə alınıb və nəticədə uniformanın havaya müqaviməti azaldılıb.
Uniformanın effektivliyi aerodinamik boruda yoxlanılıb.
"TurboSpeed"in materialının 82 faizi poliesterdən ibarətdir.
Milli.Az
Böyütmək üçün aşağıdakı şəkillərə klikləyin.
Fotolar: AFP, Getty İmages, SWNS