İcra başçısının müavini işdən azad olundu

11 Sentyabr 2023 14:16

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.

Milli.Az