Tanınmış aktyor vəfat etdi

11 Sentyabr 2023 17:39

Rusiyalı aktyor Andrey Şaronov vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 72 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Şaronovun ilk çəkildiyi film 1981-ci ildə lentə alınan "Bu Narva qapısının arxasında" musiqili komediyası olub. O, həmçinin "Markalı", "Emma", "Rus simfoniyası", "Əvvəlcə yaşamaq" və "Belə iş" filmlərində rol alıb.

Milli.Az