Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.
Milli.Az olay-a istinadən bildirir ki, buna səbəb onun qatıldığı toy məclislərindən birində yediyi yemək olub.
"Həyatımda üçüncü dəfədir başıma gəlir. Heç bir müdaxilə olmasa, tənəffüs yollarımın tıxananmasına səbəb ola bilər" - Doğukan bildirib.
O, kartof püresi kimi masaya qoyulan yeməyin, əslində badımcan hazırlandığını qeyd edib. 42 yaşlı Manço badımcana qarşı alergiyası olduğunu açıqlayıb.
Milli.Az