Osteoporoz dərmanları sümüklərə ziyandır
15 May 2012 20:13
Ekspertlərin son hesabatları göstərir ki, bisfosfonatların, o cümlədən "Fosamax", "Actonel" və "Reclast" dərmanlarının qəbulu çox ciddi fəsadlar yaradır.
Milli.Az "ABC News"ə istinadən bildirir ki, osteoporozun müalicəsi üçün yazılan bu dərmanlar əslində baldır sümüyünün atipik sınığı, mədə-bağırsaq xərçəngi və nəhəng nekroz risklərini artırır. Araşdırmaların nəticələrinə görə, osteoporozun kəskin ağrılarına düçar olmayan qadınlar həmin dərmanları 5 ildən artıq qəbul etsələr də, heç bir müsbət effekt hiss etmirlər.
Bununla bağlı olaraq mütəxəssislər gənc qadınlara, habelə sümüklərin sınıq riski aşağı olan xanımlara adı çəkilən dərmanları qəbul etməməyi məsləhət görürlər.
Hazırda bisfosfonatları qəbul edən qadınların 79 faizi 5 il sonra müalicə kursunu başa vurmalıdırlar.
Milli.Az