Şou FACİƏ İLƏ nəticələndi - 2 nəfər öldü, 4 nəfər...

10 Sentyabr 2023 23:52

Macarıstanda aviaşou zamanı idman-təlim təyyarəsi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "MTI" xəbər agentliyi məlumat yayıb.

Hadisə Sekeşfehervar şəhərində qeydə alınıb.

Təyyarə avtomobil dayanacağının yaxınlığında yerə düşüb və partlayıb. Avtomobillərdən biri yanıb.

Qəzada nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faciəli insidentdən sonra hava şousu ləğv edilib.

Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.

Milli.Az