Türkiyədə rus hakerlər ucbatından kibercinayətlər artıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" Türkiyə polisindəki mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, respublikaya köçən rus proqramçılar yerli hakerlərə qoşularaq bütün dünyada kompüterləri sındırmağa başlayıblar.
Polis qeyd edib ki, cinayətkarlar başqa ölkələrin vətəndaşlarına hücum edirlər. Onlar kredit kartı məlumatlarını, parollarını və hesablarını oğurlayırlar.
Bundan əlavə, cinayətkarların "Redline" proqramından istifadə edərək kiberhücum etdiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, virus lisenziyasız oyunlar və proqram təminatı yükləməklə tutula bilər.
Bundan əvvəl məlum olub ki, bir qrup rusiyalı haker Baltikyanı ölkələrin və Polşanın kompüter strukturuna giriş əldə edib və tezliklə sındırılmış məlumat bazasından məlumatları paylaşacaq.
Qeyd olunur ki, hakerlərin əməliyyatı nəticəsində bu Avropa ölkələrinin dövlət orqanlarının, habelə bankların və nəqliyyat infrastrukturunun internet saytlarının işi iflic olub.
Milli.Az