Bu üç yoluxucu xəstəlik komaya səbəb ola bilər - Həkimdən XƏBƏRDARLIQ

10 Sentyabr 2023 23:36

"Rotavirus infeksiyası tez-tez asanlıqla tolere edilir, lakin bəzi hallarda insanlar ağırlaşmalarla qarşılaşa və hətta komaya düşə bilərlər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ümumi praktikant və tibb elmləri namizədi Andrey Kondrakhin "Veçernaya Moskva"ya deyib.

Həkim haha hansı xəstəliklər belə bir vəziyyətə gətirib çıxara biləcəyini də açıqlayıb:

"Rotavirusla yanaşı dizenteriya və salmonellyoz da komaya səbəb ola bilər. Rotavirus infeksiyası ilə eyni prinsipə malikdilər. Onlar mədə-bağırsaq pozğunluğu ilə birlikdə orqanizmin ağır susuzlaşmasına səbəb olmağa başlayır və bununla da komaya gətirib çıxarır".

Milli.Az