Bu saç düzümləri zərərlidir

11 Sentyabr 2023 02:28

Avstraliyalı bərbər Raçel Valentin 2 zərərli saç düzümünü açıqlayıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bərbərin fikrincə, at quyruğu və topuz saçın strukturunu pozur eləcə də, onu daha nazikləşdirir. 

Onun sözlərinə görə, saç bandına da diqqət etmək lazımdır:

"Diqqətsiz yığılmış topuz saç uclarını qırır". Onun fikrincə, bu saç düzümündə qıvrımları başın ətrafına qoymaq və sonunda elastik bantla düzəltmək daha yaxşıdır.

Milli.Az