Kiyevə mümkün qədər çox silah lazımdır - Umerov

10 Sentyabr 2023 16:20

Ukrayna qoşunlarının indi mümkün qədər çox silaha ehtiyacı var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rüstəm Umerov deyib.

"Biz hərbçilərimizə yeni münasibət fəlsəfəsini tətbiq etməliyik və onlara lazım olan hər şeyi - silah, hərbi texnika, uniforma, avadanlıq, fərdi mühafizə vasitələri, ərzaq və dərmanla təmin etməliyik. Növbəti prioritet silahdır. Onlara indi də ehtiyacımız var", - nazir bildirib.

Milli.Az