Səfir: Böyük Britaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır

10 Sentyabr 2023 10:21

Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Milli.Az bildirir ki, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bunu X sosial çəbəkəsində paylaşımında bildirib.

"Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - deyə səfir qeyd edib.

Milli.Az