Müdafiə Nazirliyi məlumat yaydı: "Yalandır!"

10 Sentyabr 2023 09:15

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Milli.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib:

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik".

Milli.Az