Biz hələ də zəng gözləyirik - AzQAC-ın Baş katibi

9 Sentyabr 2023 16:09

Biz hələ də zəng gözləyirik.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

Ceyhun Mirzəyev bildirib ki, artıq 12 - ci gündür bütün lazımi şəxsi heyət ilə bərabər burdayıq.

"Hələ ki, gözləyirik heç bir yenilik yoxdur.

Ərzaq yükünün keçidi üçün Rusiya sülhməramlı kontingenti tərəfindən heç bir məlumat daxil olmayıb. Biz hələ də zəng gözləyirik. Əgər keçid üçün şərait yaradılsa ətraflı məlumat veriləcək", - AzQAC-ın Baş katibi əlavə edib.

Qeyd edək ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Milli.Az