Azərbaycan millisi Belçika ilə son məşqinə çıxıb

8 Sentyabr 2023 20:32

Azərbaycan millisi Bakıda Belçika yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Mərdəkanda yerləşən "Dalğa Arena"da son məşqinə çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Milli.Az