Naxçıvanda polis məktəbinin adı dəyişdi - FƏRMAN

8 Sentyabr 2023 16:50

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmanla təhsil müəssisəsi bundan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.

Milli.Az