"Qarabağ"da vacib posta tanınmış şəxs gətirildi

8 Sentyabr 2023 11:58

"Qarabağ"ın mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, vakant postun Anar Hacıyevə tapşırılması qərara alınıb.

Uzun illərdir "Qəbələ"də eyni vəzifəni daşıyan tanınmış funksionerlə bir müddətdir danışıqlar aparılıb və o, iş yerini dəyişməyə razılaşıb.

Təyinatın qısa zamanda ictimaiyyətə açıqlanması nəzərdə tutulub.

Milli.Az