Nobel mükafatı laureatı yenidən həbsxanaya göndərildi

8 Sentyabr 2023 18:09

Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.

Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.

Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkidə irimiqyaslı saxtakarlığın olmasıdır.

Milli.Az