ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

7 Sentyabr 2023 18:40

ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına Rusiyadan 11 fiziki şəxs daxil edilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bir həftə bundan öncə Moskvada yerləşən "Intellect" şirkətini və onunla əlaqəli Rusiya vətəndaşı Sergey Kozlovu Şimali Koreyanın sanksiyalar siyahısına daxil edib. Siyahıya daxil olmaq ABŞ-də aktivlərin dondurulması deməkdir. Bundan əlavə, ABŞ vətəndaşları və şirkətləri məhdudlaşdırıcı tədbirlər görülən fiziki şəxslər və firmalarla iş görə bilməz.

Milli.Az