Seda Sayandan əlil pərəstişkarını duyğulandıran jest

7 Sentyabr 2023 22:52

Türkiyənin məşhur mügənnisi və aparıcısı olan Seda Sayan əlil pərəstişkarını duyğulandıracaq jest edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Seda Sayan ötən gün İzmirdəki "Menemen"də səhnəyə çıxıb. Məşhur sənətçi 20 il əvvəl "Sabah" verilişinə tamaşaçı olaraq gələn əlil pərəstişkarı üçün xüsusi maşın göndərərək təxminən 4 saatlıq məsafədəki Dənizlidən gətizdirib.

O, pərəstişkarı üçün ön oturacağı ayırıb. Seda Sayan onu yenidən proqramına qatılmaq üçün İstanbula dəvət edib.

Milli.Az