AFFA Vaqif Cavadovu cəzalandırdı

7 Sentyabr 2023 16:22

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

Milli.Az