Düşmən Ağdam istiqamətində təxribat törətdi, qarşısı alındı

7 Sentyabr 2023 12:17

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Milli.Az