Bu, "Oskar"dan da yan keçmədi

8 Sentyabr 2023 04:25

ABŞ Kino Akademiyası 96-cı "Oskar" mükafatlarının təxirə salındığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna Hollivud yazıçıları və aktyorlarının tətili səbəb olub. Belə ki, tətilin şərtləri sənətçilərə ekran işlərinin təqdimatında iştirak etməyə imkan vermir.

Qeyd edək ki, bu ilin noyabrın 18-də keçirilməsi gözlənilən mərasim 2024-cü il yanvarın 9-da baş tutacaq.

Bundan əvvəl tətillərə görə "Emmi" mükafatının təqdimetmə mərasimi təxirə salınıb.

Milli.Az