Leysan nəticəsində İsmayıllı-Lahıc yolu bağlanıb

7 Sentyabr 2023 09:59

Dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində İsmayıllı-Lahıc yolu bir müddət bağlı qalıb.

Milli.Az xəbər verir ki, Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndindən keçən hissəsində 10 ədəd ağac kökündən aşaraq yolun bir tərəfinin bağlanmasına səbəb olub.

5 saylı Xüsüsi Təyinatlı Yol İstismar İdarəsinin texnikaları vasitəsi ilə həmin yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Milli.Az