Məktəblinin bel çantasında olan mobil telefon partladı

7 Sentyabr 2023 17:37

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən tədris mərkəzində qızın bel çantasında olan telefon partlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Sankt-Peterburqun Vasileostrovski rayonunda yerləşən gimnaziyada baş verib.

İnsident nəticəsində heç kim xəsarət almayıb.

Məktəblilər dərhal dumanlı-tüstülü sinif otaqlarından çıxarılıblar.

Milli.Az