Çin arxeoloqları Çinin şimal-qərbindəki Tarim çayı hövzəsində yerləşən Yanxay qəbiristanlığında təxminən 500 nəfərin mumiyalanmış qalıqlarını aşkar ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, onların təxminən 3 min il yaşı var.
Mumiyalar içində biri xüsusilə fərqlənib. Belə ki, o yaxşı vəziyyətdə qalması ilə yanaşı geyimi ilə təəccübləndirib.
Ona məzarlığın yaxınlığındakı qəsəbənin adına uyğun "Turfanlı adam" adı verilib. Onun əynində panço, yumşaq dəri çəkmələr, həmçinin bürünc disklər və balıqqulağılarla bəzədilmiş yun sarğısı olub.
Onun şalvarı tədqiqatçıların diqqətini daha çox çəkib. Araşdırmaçılar bunun ən qədim şalvar olduğuna inanırlar. Həmçinin onun toxunuşu da maraq doğurub. Belə ki, müasir cins şalvarlar da "turfanlı"nın şalvarlarının tikilməsi üçün istifadə edilən dizayn prinsiplərinə uyğun olaraq tək parça iplik materialından hazırlanır.
Milli.Az