İranda polis məntəqəsinə silahlı hücum olub, ölənlər var

7 Sentyabr 2023 08:34

İranda naməlum şəxslər polis məntəqəsinə hücum ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, silahlı hücum ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib.

Hücum nəticəsində 2 polis əməkdaşı ölüb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Milli.Az