İranda qar uçqunu - Ölənlər var

7 Sentyabr 2023 09:10

İranın cənub-qərbində qar uçqunu nəticəsində iki nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, üç nəfərlik bir ailə qarın altında qalıb.

Hadisə nəticəsində onlardan ikisi - kişi və qadın dünyasını dəyişib.

Xilasedicilər uşağı qarın altından çıxara biliblər.

Axtarış-xilasetmə işlərinə iki helikopter, xilasedicilər və texnika cəlb edilib.

Milli.Az