Azərbaycanda baş verən müəmmalı yanğın təbii hadisədir, yoxsa cin-şeytan əməli? - VİDEO

13 May 2012 12:19
Ev sahibinin və rayon axundlarının iddialarına görə, öz-özünə baş qaldıran alov şər qüvvələrin əməlidir.

Milli.Az "Türkel" TV-yə istinadən bildirir ki, Məstanovlar ailəsi gecə yarısı yatdıqları çarpayının qəflətən alışdığını görüblər. Maraqlısı budur ki, mənzildə heç bir elektrik və ya qaz nasazlığı da olmayıb. Evin sahibi Gülxar xanım bir neçə gün bundan əvvəl məvacibini almaq üçün pul kartını evdən götürmək istəyərkən onu qoyduğu yerdə tapa bilmədiyini və evlərindən bir çox əşyaların da yoxa çıxdığını bildirib.

Gəlin Ayşən Məstanova otağa girərkən onu vahimə bürüdüyünü deyir. Hətta gözünə qız cildində bir varlığın göründüyünü iddia edir.

Eyni vəziyyətlə ev sahibinin qızı Sevər xanım da qarşılaşıb.

Qonşulardan biri isə onlara kömək etdiyi zaman qəflətən ona kiminsə sillə vurduğunu bildirdi.

Qeyd edək ki, sözügedən ev qəbristanlığa yaxın ərazidə yerləşir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.