Sisi əhalini doğmamağa çağırdı: Fəlakət olacaq

6 Sentyabr 2023 17:38

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Çinin "bir uşaq" siyasətinə istinad edərək, ölkədə doğum səviyyəsini azaltmaq üçün tədbirlər görməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Arab Nyus" məlumat yayıb.

Sisi qeyd edib ki, Misir 2022-ci ildəki 2,2 milyon doğum səviyyəsini ildə 400 minə endirməlidir:

"Biz bunu tənzimləməliyik, əks halda bu, fəlakətə səbəb olacaq".

O əlavə edib ki, Çin vaxtında əhaliyə nəzarət siyasətini uğurla həyata keçirib.

Milli.Az