II Elizabetin xatirəsinə 23 milyon dollarlıq sikkə hazırlandı - FOTO

6 Sentyabr 2023 20:09

Böyük Britaniya kraliçası mərhum II Elizabetin xatirəsinə nəhəng sikkə hazırlanıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, Şərqi Hindistan şirkəti (East İndia Company) tərəfindən hazırlanan sikkənin 23 milyon dollarlıq qiyməti var.

"Tac" adlanan parça üçün 3,6 kiloqram qızıl və 6000-dən çox brilyant istifadə edilib. Mərkəzi sikkənin çəkisi təxminən 1 kilo, ətrafındakı kiçik pulların hər birinin çəkisi 30 qramdır və üzərində mərhum monarxın portretləri var.

Milli.Az