Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI - FOTO

6 Sentyabr 2023 21:33

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi) geyindiyi üçün dərslərə buraxılmayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, gənc qızın vəkili Nabil Boudi "X" sosial media platformasında verdiyi açıqlamada, məktəbə kimono geyinərək gələn qız geyiminə görə dərsdən çıxarılıb. Açıqlamada kimonosunu çıxarmaq istəməyən qızın məktəb direktorunun yanına aparıldığı və dərslərə buraxılmadığı bildirilib.

Müdir gənc qıza geyindiyi paltarla məktəbdə qala bilməyəcəyini bildirib. Bu hadisənin son vaxtlar məktəblilərə verdiyi göstərişlərdən biri olduğu vurğulanıb. 

Milli.Az