Yığmanın futbolçusu güllələnib

6 Sentyabr 2023 11:18

Panama futbol yığmasının üzvü öldürülüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  Panama millisinin 26 yaşlı müdafiəçisi Gilberto Ernandes Kolon şəhərində güllələnib.

O, dostları ilə kənd mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslər arasında saxlanılanlar var.

Qeyd edək ki, 2017-ci ildə başqa bir panamalı futbolçu, yarımmüdafiəçi Amilkar Enrikes də güllələnərək öldürülmüşdü.

Milli.Az