Əhalinin gəlirləri artıb
18 May 2010 11:28
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsninin məlumatına istinadən xəbər verir ki, bu məbləğin 71,0 faizi son istehlaka, 10,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 17,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı 4,8 faiz artaraq 309,8 manat təşkil edib. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olub
.
İlin əvvəlindən əhaliyə 4,1 milyard manatlıq istehlak malları satılıb və 1,3 milyard manatlıq pullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 8,2 faiz, pullu xidmətlərin həcmi isə 10,5 faiz artıb. Əhalinin istehlak bazarından aldığı əmtəənin 65,9 faizini ərzaq məhsulları təşkil edib və keçən illə müqayisədə 7,1 faiz, qeyri-ərzaq mallarının satışı isə 11,5 faiz artıb.
Milli.Az