Qeyri-adi yeni turizm növü: Siçan turları təşkil olunur - FOTO

6 Sentyabr 2023 18:10

Nyu-Yorkda yaşayan siçovulların sayı 10 milyonu keçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərdə təhlükəli gəmiricilərin sayı sakinlərin özlərindən çoxdur.

Rəsmilər gəmiricilərin məhv edilməsi ilə bağlı addımlar atdığı bir zamanda Nyu-Yorkda siçovul turları - quyruqlu gəmiricilərin ən çox olduğu yerlərə ekskursiyaların təklif edilməsinə başlanılıb.

Hər şey bloqer Kenni Bollverkin qəribə hobbisi ilə başlayıb. Belə ki, o, siçovulların "işğal etdiyi" Nyu-Yorkun müxtəlif yerlərində çəkilmiş videoları "TikTok" sosial şəbəkəsində yerləşdirməyə başlayıb. Onun bəzi yayımlarına 10 minə qədər insan qoşulub və çoxları daha sonra Kennidən onları da özü ilə aparmasını xahiş etməyə başlayıb ki, bunlar da əsasən turistlər olublar.

İndi isə Bollverk həftədə bir neçə dəfə onları gecə-gündüz siçovulların göz önündə olduğu Nyu-York məhəllələrində gəzdirir.

Milli.Az