UNO-lar dünyanın ən çox harasında görünür? - FOTO

6 Sentyabr 2023 08:15

ABŞ Müdafiə Nazirliyi yanında Hər növ anomaliyaların tədqiqi üzrə departamenti (AARO) 1996-cı ildən 2023-cü ilə qədər uçan naməlum obyektlərin (UNO) ən çox müşahidə edildiyi yerlərin qeyd edildiyi dünya xəritəsini dərc edib. Sənəd idarənin rəsmi saytında yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəritəyə əsasən, son 27 ildə UNO müşahidələrinə daha çox ABŞ-nin şərq və qərb sahillərində, Yaponiyanın Xirosima və Naqasaki şəhərləri yaxınlığında, eləcə də Yaxın Şərqin Bağdad, Doha və Dubay kimi böyük şəhərlərində rast gəlinib.

AARO göstərilən müddət ərzində UNO müşahidələrinin dəqiq sayını qeyd etməyib.

Departamentin qısa hesabatında şahidlərin ifadələrinə əsasən tərtib edilmiş naməlum uçan obyektlərin əsas xüsusiyyətləri də verilir. Sənədə əsasən, insanlar ən çox səmada diametri bir metrdən 4 metrə qədər olan 3 km-dən 10 km-ə qədər hündürlükdə yerləşən ağ və ya gümüşü rəngli dairəvi və ya sferik cisimləri müşahidə ediblər.

Daha əvvəl Pentaqon UNO-lar haqqında məxfi məlumatların və videoların yer aldığı internet saytının istifadəyə verildiyini elan edib.

Milli.Az