İlin əvvəlindən nəqliyyatda 426,9 milyon nəfər sərnişin daşınıb
18 May 2010 14:12
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, nəqliyyatda daşımalar 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 2,4 və 3,3 faiz artıb. Yük daşınması avtomobil nəqliyyatı ilə 6,6 faiz, hava nəqliyyatı ilə 8,4 faiz, dəmir yolu nəqliyyatı ilə 0,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,3 faiz artıb.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 335,4 milyon manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 24,9 faiz çox rabitə xidməti göstəriblər. Rabitə xidmətinin 74,0 faizi bilavasitə əhaliyə göstərilib.
Milli.Az