Qalmaqallı müavinin yerinə o təyin edildi - FOTO

5 Sentyabr 2023 14:10

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

Milli.Az