Ləğv edilmiş bankın əmanətçiləri etiraz aksiyası keçirdilər -

5 Sentyabr 2023 15:35

Tehranda ləğv edilmiş "Saminul-Höcəc" əmanət bankının əmanətçiləri İran Mərkəzi Bankının önündə etiraz aksiyası keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Narazı əmanətçilər bildiriblər ki, bank yeddi il əvvəl ləğv edilsə də, bugünədək onların pulları geri qaytarılmır və dəfələrlə etiraza qalxsalar da, dövlət televiziyası bunu işıqlandırmır.

Milli.Az