Rusiyalı deputat qarajında ​​çətənə plantasiyası yetişdirib - FOTO

5 Sentyabr 2023 19:04

Moskva vilayətində Şabolda soyadlı deputat saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun qarajında ​​çətənə plantasiyası aşkar edilib.

Rusiya Kommunist Partiyasından olan 38 yaşlı bələdiyyə deputatı narkotik istehsalı və satışına görə tutulub.

O, iki ay müddətinə həbs edilib. Qanun keşikçiləri artıq məsələ ilə bağlı cinayət işi açıblar.

Milli.Az