Güclü qasırğa 200-dən çox aviareysi təxirə saldırdı

4 Sentyabr 2023 17:16

Tayvanda qasırğa nəticəsində təqribən 80 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici mediada məlumatlar yayılıb.

Məlumata görə, qasırğa nəticəsində 220 minə yaxın ev təsərrüfatı işıqsız qalıb, 14 şəhərdə məktəblər bağlanıb və müəssiələrin fəaliyyəti dayandırılıb. Xilasedicilərin əsasən sürüşmə riskinin olduğu dağlıq bölgələrdən olmaqla, ümumilikdə 7 mindən çox nəfəri təxliyə etdikləri deyilir.

Qasırğa nəticəsində Tayvanda 200-dən çox aviareys təxirə salınıb, bərə keçidlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, meteoroloqlar Tayvanda həftə sonunadək güclü yağışların yağacağını və nəticədə daşqınların ola biləcəyini proqnozlaşdırır.

Milli.Az