Tərcüməçinin səhvi gündəm oldu: "Türkiyə-Rusiya müharibəsi..." - VİDEO

4 Sentyabr 2023 21:00

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə görüşüblər.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki,  hazırda liderlər arasında danışıqlar gedir.

Görüşdə liderlər arasında baş tutan söhbət zamanı Ərdoğanın dediklərini tərcümə edən tərcüməçi kobud səhv edib. O, "Rusiya -Ukrayna" müharibəsi əvəzinə "Rusiya və Türkiyə müharibəsi" ifadəsini işlədib. Tərcüməçi səhvini anlayaraq dərhal dediyinə düzəliş edir:

"Rusiya ilə Türkiyə arasında, eee Ukrayna ilə Rusiya arasında hazırkı vəziyyət..."

Milli.Az