Mel Jeffries adlı qadın hələ yeniyetmə vaxtlarından cinsiyyəti ilə barışmayıb və kişi olmağı seçib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşından cinsini dəyişərək Mason kimi tanınan qadın əməlindən peşmandır.
"Fikirləşirdim ki, qadın olmaq çətindir, həmişə diqqət mərkəzindəsən. Daha təhlükəsiz şəraitdə yaşamaq üçün kişi olmağı seçdim."
Testesteron müalicəsinə başlayan Mason qısa zamanda effekti görür - səsi qalınlaşır, üzündə tüklər bitməyə başlayır.
"Qadınlığımın sinəmdə cəmləşdiyini güman edirdim..."
26 yaşında əməliyyat olunaraq, süd vəzilərini götüzdürür. Hər şey elə ondan sonra başlayır. Əməliyyatdan sonra çoxsaylı yara izləri və çapıqlardan əziyyət çəkir.
"Hələ də, əməliyyat kəsiklərindən qan gəlir. Çox peşmanam. Fiziki və mental olaraq əzab içindəyəm. Hal-hazırda şəxsi sağlamlığımla məşğulam. Bilmirəm gələcəkdə ana olacam ya yox. Amma çox istəyərdim ki. Həyatımı paylaşa biləcəyim bir şəxs olsun."
Ülkər
Milli.Az