Nazpəri uzun müddət sonra nəvəsini gördü - FOTOLAR

3 Sentyabr 2023 17:50

Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni uzun müddətdir görüşmədiyi nəvəsinin şəkillərinə bu sözləri yazıb:

"Allah heç bir bəndəsinə daşıya bilməyəcəyi dərdi verməz. Ya rəbbim, şükür sənə. Övladlarımızı qoru. Allahım, sən böyüksən".

Qeyd edək ki, Tamerlan Dostəliyevanın vəfat edən oğlu Əlinin övladıdır. Mərhum ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdı. Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. Nazpəri açıqlamasında nəvəsini görə bilmədiyini deyib.

Milli.Az