Sərxan blogerləri tənqid etdi

3 Sentyabr 2023 14:53

"Əgər insan təkəbbürlü olarsa, bu o deməkdir ki, sən hələ heç nəyə nail olmamısan".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb. O, blogerləri tənqid edib: 

"Məndə əvvəllər təkəbbürlük var idi və bunu heç cür özümdən uzaqlaşdıra bilmirdim. İçim təkəbbürlü olmasa da, hərəkətlərim onu göstərirdi. Gecə-gecə tik-tokda bəzi blogerləri izlədim və öz-özümə dedim ki, Sərxan sənin təkəbbürlü halın bunların yanında toya-bayrama getməlidir. Aparıcı və müğənnilər yalan olub. Xəbəriniz olsun!".

Milli.Az