Azərbaycanda xəstəxanadan dəhşətli kadrlar - VİDEO

3 Sentyabr 2023 13:37

Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçə bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, internet olmadığından müvafiq sistemə giriş çətinləşib.

İsti hava və sıxlığa dözməyən bir nəfər burada huşunu itirib.

Xəstəxanaya müraciət edən insanlar saatlarla dəhlizdə əziyyət çəkiblər.

Məsələ bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov bildirib ki, bir neçə gün internet şəbəkəsində problem olub. Nəticədə belə vəziyyət yaranıb. Tibb müəssisəsi yüksəksürətli internetlə təmin edilmədiyindən proqramların tətbiqində çətinliklər yaranıb. Əlavə olunub ki, artıq  problem həllini tapıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az