Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzaladı

3 Sentyabr 2023 14:25

Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib.

Bu il iyunun 13-də Küveyt Müdafiə Nazirliyi Türkiyə ilə Bayraktar TB2 PUA-larının tədarükü ilə bağlı 367 milyon dollar məbləğində müqavilə imzaladığını açıqlasa da, nazirlik Küveytin sifariş etdiyi PUA-ların dəqiq sayını açıqlamayıb.

Milli.Az