Nigerdə Fransa əleyhinə aksiya keçirildi

3 Sentyabr 2023 09:24

Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiyaya minlərlə insan qatılıb.

Qeyd edək ki, Fransa Nigerdəki hərbi çevrilişi pisləyib, üsyançıların hökumətini tanımayıb və həbs edilmiş prezident Məhəmməd Bazum və ailə üzvlərinin azadlığa buraxılmasını tələb edib.

Milli.Az